Avtoreyd.Az Gündəm Bakı-Şamaxı yolunda sürüşmə təhlükəsi yarandı

Bakı-Şamaxı yolunda sürüşmə təhlükəsi yarandı


Hazırda Bakı-Şamaxı yolunda sürüşmənin aktiv olduğu bölgə 106-107-ci kilometrlik hesab olunur. “ARB TV” xəbər verir ki, adı keçən sürüşmə zonasında təxminən iki ildir ki, aktivləşmə müşahidə edilir.

İntensiv yağan yağış, tektonik hərəkətlər sürüşməni daha da intensivləşdirir. Uçquna məruz qalan yolun həm də ensiz olması problem yaradır. Yollardakı çalalar nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.

Sürücü: “Ağsudan gəlirəm. Asfalt vurulsa da, indiki kimi sürüşmə gedir. Tanımayan sürücülər üçün təhlükə yaradır”.

Sürücü: “Bu yollara 50 ildən artıqdır ki, bələdəm. 2-3 il əvvəl lap pis vəziyyətdə idi. Burada traktor gedərdi. İndi isə bu yollar düzəlib. Lakin bu ərazilər və bundan başqa bir neçə ərazidə yol aşınmaları tez-tez baş verir”.

Yolun 106 km–liyində isə daha çox qəzalı vəziyyət yaşanır. Azəravtoyoldan verilən məlumata görə, Bakı Şamaxı mağistralının 13-cü və 91-ci kilometrləri arasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Bu ərazidə 2 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəz olunub.

“Azəravtoyol” rəsmisi yaxın vaxtlarda magistralın 91-ci kilometrliyindən 107-ci kilometrliyinə qədər olan hissəsindəki problemin də aradan qaldırılacağını əmin edir.

AvtoReyd.Az

Related Post

Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları artırılıbMənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sərəncama əsasən Dövlət büdcəsindən maliyyələşdirilən mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin Vahid