Avtoreyd.az bildirir ki, Amerikanın kabel idman televiziya kanalının (ESPN) hər il təşkil etdiyi “The Body Issue” fotosessiyasında 23 idmançı iştirak edib.
Amerika jurnalının üz qabığında məşhur idmançıların çılpaq və ya yarıçılpaq formada şəkilləri yerləşdirilir. Müəlliflər hesab edir ki, bu şəkillərin köməyi ilə onlar insanları sağlam həyat tərzi sürməyə həvəsləndirirlər.
Bu il ESPN üçün Eşli Vaqner (fiqurlu konkisürmə), Karolina Voznyatski (tennis), Co Tornton (xokkey), Ayzeya Tomas (basketbol) və digər ulduzlar çəkilib.
Jurnal iyulun 7-dən satışda olacaq.