Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində olub.
Baki şəhər sakini Kamran Məmmədov idarə etdiyi minik avtomobili ilə paytaxt istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, Mingəçevir şəhər sakini Natiq Əhmədovu vurub. Ağır xəsarət alan Natiq Əhmədov hadisə yerində ölüb.
Faktla bağli Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.