Avtoreyd.az bildirir ki, Floridadan olan tibb universitetinin 22 yaşlı tələbəsi Aşvin Kalyandurq 2002-ci ildə bu sahə üzrə vurulan dünya rekordunu yeniləmək ümidi ilə 5,1 kilometr məsafəni əlləri üstdə keçib. O, bu rekorda imza atan şəxsin keçdiyi məsafəni yüz metr artıq qət edib. Tezliklə Aşvinin nailiyyəti Ginnessin rekordlar kitabının ekspertləri tərəfindən yoxlanılacaq.
“Hər yerim ağrayır”, – ayaqları üstdə qalxdıqdan sonra 22 yaşlı tələbə vəziyyətini belə şərh edib. O, öz nailiyyəti uğrunda 8 saat başı aşağı halda əlləri üstündə gedib. Bu əlamətdar günə 22 yaşlı Aşvin iki ay ərzində hazırlaşıb.Bu vaxt boyunca Kalyandurq daim barmaqları üstdə məşq edib, ağırlıq qaldırıb, ağaclara dırmanıb və əlləri üstdə yeriyib.
Bundan başqa, 22 yaşlı gənc bu məşqi zamanı uşaqların müalicəsiylə məşğul olan bir neçə xeyriyyə fondu üçün kifayət qədər pul da toplayıb. Aşvin onu əldən salan gəzintini tamamladıqdan dərhal sonra ilk imtahanına hazırlaşmağa başlayıb.
Qeyd edək ki, Floridadan olan tələbə ilk dəfə deyil ki, əlləri üstdə yeriyir. Kalyandurq belə vəziyyətdə həm də rəqs də edir.
http://www.youtube.com/watch?v=c8cLkscpUYc