Avtoreyd.az bildirir ki, qeyri-standart hadisə Braziliyanın həvəskar liqa matçlardan biri zamanı baş verib.
Polis kimi çalışan görüşün arbitri Kamilu Eustakyu de Souza, üzündən aldığı zərbədən sonra tapança və qandalları çıxartmaq üçün skamyaya tərəf üz tutduğu an, bütün iştirakçılarda qorxu və heyrəti doğurub.
Lakin onlardan istifadə etmək arbitra qismət olmayıb, çünki hakimin penalti təyin etmək qərarından narazı qalan futbolçu odlu silah gördükdə meydançadan qaçıb, hakimi isə onun köməkçiləri dayandıra biliblər.
Hazırda Kamilu Eustakyu de Souzanı diskvalifikasiya gözləyir. O, özü isə hesab edir ki, hər şeyi düz edib, qaydaları pozan oyunçunu isə həbs etmək lazım idi.
http://www.youtube.com/watch?v=12hJAXwGOqo