Avtoreyd.Az Gündəm İnşaatçılar prospektində yerləşən Statistika dairəsi artıq ləğv edilib (Video)

İnşaatçılar prospektində yerləşən Statistika dairəsi artıq ləğv edilib (Video)


Avtoreyd.az bildirir ki,”Azəravtoyol” ASC-nin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairə (Statistika dairəsi) artıq ləğv edilib.

Bu səbəbdən də avtonəqliyyat vasitələrinin hərəkəti dairədən keçərək İnşaatçılar prospektindən Abbasqulu Ağa Bakıxanov küçəsinə doğru tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamət üzrə yönəldilib.

Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti İnşaatçılar prospektindən sağa Nərimanov prospektinə ordan isə yeni yaradılmış geri dönmə hissə ilə Abdulla Şaiq küçəsinə və yenidən İnşaatçılar prospektinə yönəldilib. Abbasqulu Ağa Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər.

Related Post

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi 2018-ci ildə başa çatdırılacaqƏlət-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi 2018-ci ildə başa çatdırılacaq

“Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi 2018-ci ildə başa çatdırılacaq”. AvtoReyd.Az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov Nazirlər Kabinetinin iclasında deyib. “Şimal-Cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası

Yasamalda piyada keçidi problemi: sakinlər hər gün ölümlə üz-üzə – VİDEOREPORTAJYasamalda piyada keçidi problemi: sakinlər hər gün ölümlə üz-üzə – VİDEOREPORTAJ

Bakının Yasamal rayonu ərazisində, “Qanlı Göl” yaşayış massivinin yaxınlığından keçən magistral yolda piyada keçidinin olmaması sakinlərin ciddi narazılığına səbəb olub. “Report”un məlumatına görə, massivin ərazisində tez-tez piyada ölümləri və xəsarət almaları