Avtoreyd.Az Hadisə Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb(Foto)

Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb(Foto)


Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”un Şirvan bürosunun məlumatına görə, xəbər verir ki,hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə “VAZ-2110” markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, “KİA” markalı avtomobilin sürücüsü M.İsmayılov və “VAZ-2110” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Qeyd edək ki, qəzaya düşən tibbi yardım avtomobilində ağır xəstə olub. Hadisə  xəstəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apararkən baş verib.

AvtoReyd.Az

Related Post