Avtobus Bakı-Quba yolunda təhlükəli anlara səbəb olub.
Hadisə şahidlərinin Missiya.Az-a göndərdiyi videoda sərnişinlə dolu, 27 AS 633 dövlət qeydiyyat nişanlı, iritutumlu avtobus qapısı açıq vəziyyətdə hərəkət edir.
Sürücünün məsuliyyətsiz davranışı sərnişinlərin həyatını təhlükəyə atır. Çünki sürücünün anidən əyləcə basması nəticəsində qapıya yaxın əyləşən sərnişinlər avtomobilin sürətlə hərəkət etdiyi yola düşə bilərlər.