Avtoreyd.Az Avtoxəbər “Volvo” şirkəti özünü idarə edən avtomobil istehsalı üzrə saziş imzalayıb

“Volvo” şirkəti özünü idarə edən avtomobil istehsalı üzrə saziş imzalayıb


İsveçin iri avtomobil istehsalçısı olan “Volvo” şirkətinin nümayəndələri iki şirkətlə özünü idarə edən avtomobillərin birgə istehsalı üzrə saziş imzalayıb.

İsveç KİV-lərinin yaydığı məlumatda bildirilir ki, sazişlər “Autoliv” və “Nvidia” şirkətləri ilə imzalanıb. “Autoliv” şirkəti təhlükəsizlik sistemləri istehsal edir, “Nvidia” şirkəti isə pilotsuz avtomobillər üçün “Drive PX2” kompüter sistemləri təqdim edir. Həmin kompüterlər 12 kameradan istifadə etməyə, radar və lidarlardan alınmış informasiyanın təhlilini aparmağa və avtomobili idarə etməyə qadirdir. Ekspertlər bildirirlər ki, “Drive PX2” pilotsuz avtomobillər üçün özünəməxsus süni intellektdir.

Layihəni “Volvo”nun müştərək şirkəti həyata keçirəcək. Şirkət ilk özünü idarə edən avtomobili 2021-ci ildə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, “Volvo” “Nvidia” ilə ilk dəfə əməkdaşlıq etmir. Əvvəllər bu iki şirkət İsveçin cənubunda yarımmüstəqil nəqliyyat vasitələrini sınaqdan keçiriblər. Məsələn, “Volvo” yalnız marşrut göstərmək üçün sürücü tələb olunan pilotsuz yükdaşıyan maşını müvəffəqiyyətlə sınaqdan keçirib.

/azertag.az

Related Post

Bazarda dizellə işləyən maşınlara maraq artıb – Tələbat qıymətlərə də təsir edib – VİDEOBazarda dizellə işləyən maşınlara maraq artıb – Tələbat qıymətlərə də təsir edib – VİDEO

Aİ-92 markalı yanacağın qiymətinin tənzimlənməsi dizellə işləyən maşınlara marağı artırıb. AvtoReyd.Az Xezerxeber.az-ın məlumatına görə,bildirir ki, maşın bazarına gələn müştərilər daha çox dizel yanacağı ilə işləyən avtomobillərə üstünlük veriblər. Dizel yanacağı ilə