“Azəravtoyol” ASC-nin əməkdaşı asfaltçəkən texnikanın altında qalaraq ölüb
Categories:
“Azəravtoyol” ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.
AvtoReyd.Az-in Report.az-a istinadən verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda, “Sovetski” kimi tanınan ərazidə qeydə alınıb.
1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.