Avtoreyd.az bildirir ki, yüngül ikimotorlu Cessna 310 təyyarəsi Los-Anceles yaxınlığında, Kaliforniya ştatında yerləşən Santa Ana şəhərciyinin həndəvərində Con Ueyn aeroportu ətrafında qəzaya uğrayaraq, avtostradaya düşüb.
Hadisə yerli vaxtla təxminən səhər saat 9:30-da baş verib.
Bildirilir ki, təyyarə düşərkən avtomagistralda hərəkətdə olan avtomobilə də zərər vurub. Sürücü canını aldığı xəsarətlərlə qurtarıb.
Qəza nəticəsində iki nəfər zərər çəkib, onlardan biri kişi, digəri isə təxminən 50-60 yaşlarında olan bir qadındır. Onları təyyarənin yanan qalıqları altından çıxardaraq yerli xəstəxanaya çatdırıblar. Həmin şəxslərin həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.
ABŞ-ın Mülki aviasiya federal idarəsinin nümayəndəsi Yan Qreqor bildirib ki, qəza “naməlum səbəblərdən” baş verib. Belə ki, pilot havaya qalxdıqdan dərhal sonra fövqəladə vəziyyət haqqında məlumat verib.
Yanğınsöndürənlər alışan təyyarəni söndürənə qədər, hadisə baş verən ərazidə kilometrlərlə tıxac yaranıb.