Avtoreyd.Az Hadisə Piyada keçidlərində eskolatorlar işləmir – VİDEO

Piyada keçidlərində eskolatorlar işləmir – VİDEO


AvtoReyd.Az xezerxeber.az-a istinadən xəbər verir ki,paytaxtın bəzi yeraltı və yerüstü piyada keçidlərində eskolatorlar işləmir. Belə vəziyyətdən ən çox əziyyət çəkən isə təbii ki, yaşlı insanlar olur. Keçiddən keçə bilməyən piyadalar isə avtomobil yolundan keçməyə üstünlük verirlər. Bu da həm qəza riskini çoxaldır, həm də yol polisi onları gördükdə cərimə edir.

Yayın istisində eskolator işləmədiyindən piyadalar pilləkənlərlə qalxmaq məcburiyyətində qalırlar.

Söhbət yerüstü və yeraltı piyada keçidlərindən gedir. Nobel prospektində 59- saylı orta məktəbin yaxınlığındakı keçidin eskalatoru xeyli vaxtdır ki, işləmir. belə isti havada piyadalar məcbur qalıb pilləkənlərlə qalxmalı olurlar.

Sözügedən problem paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsindəki yeraltı keçiddə də yaşanır. Burda 4 tərəfə giriş-çıxışı olan keçidin bir tərəfində eskalator işləmir. Piyadalar isə məcbur qalıb piyada düşüb-qalxırlar. Belə olduqda da bir çox adam yoldan keçməyə üstünlük verirlər. Bu da həm qəza riskini artırır həm də piyadanın cərimələnməsinə səbəb olur.

Məsələ ilə bağlı ”Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, idarənin balansında olan keçidlər hər gün mütəxəssislər tərəfindən yoxlanılır. İşləməyən eskalatorlar siyahıya alınaraq təmir edilir. Yəqin ki, işləməyən eskalatorların hansısa detalının alınması gözlənilir.Yaxın vaxtlar da həmin işləməyən eskalatorlardakı nasazlıqlar aradan qaldırılacaq.

AvtoReyd.Az

Related Post

Moskvada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib,bir neçə avtomobil yanıb (Video)Moskvada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib,bir neçə avtomobil yanıb (Video)

Rusiyanın paytaxtı Moskva şəhərinin cənubunda Varşava şosesində dörd avtomobilin toqquşması nəticəsində bir nəfər həlak oldu. AvtoReyd.Az Rusiya kiv-nə istinadən məlumat verir ki, zərbədən avtomobillərdən biri yanıb. Yol-nəqliyyat hadisəsi nəticəsində şosedə hərəkət