İrandan dünya səyahətinə çıxan velosipedçilər Cəlilabadda olublar. Turistlər səfərlərini isə qərbi avropa ölkələrindən birində yekunlaşdırmağı planlaşdırırlar.
Velosipedlə dünya səyahətinə çıxdılar.
İrandan dünya səyahətinə çıxan velosipedçilər Cəlilabadda olublar. Səyatçilər uzun müddət bu səfərə hazırlaşdıqlarını, hətta hazırlıq məqsədi ilə bir neçə il əvvəl Mərkəzi Asiya ölkələrinə də səyahət etdiklərini deyirlər. Gün ərzində 90-100 km qət edən turistlər yol boyu daha çox meyvə şirləri qəbul etməyə üstünlük verirlər. Yola çıxdıqları 2 gün ərzində isə hələ ki, heç bir çətinliklə üzləşmədiklərini bildirirlər.
Əcnəbi turistlərin sözlərinə görə, yol boyu yerli sakinlər onlara müxtəlif ərzaq məhsulları veriblər. Turistlər Azərbaycandan Gürcüstana keçməyi, səfərlərini isə qərbi Avropa ölkələrindən birində yekunlaşdırmağı planlaşdırırlar.
xezerxeber.az