AvtoReyd.Az xəbər verir ki,Ford şirkəti sürücülər üçün tədqiqat keçirərək ən yaxşı ayaqqabı növünü müəyyən edib. İstehsalçının məlumatına görə, yalnız Böyük Britaniyada ayaqqabının yanlış seçimi hər il 1,4 milyon qəza və təhlükəli hadisə ilə nəticələnir.
Çəkələklər idarəetmə zamanı ən təhlükəli ayaqqabı adlandırılmışdır, hansılar ki, ayaqdan sürüşə və pedalların altında düşə bilərlər. Bəzi ölkələrdə sürücülərə qanun ayaqqabının bu növündən istifadə etməyi qadağan edir: məsələn, bunun üçün Fransada 90 avro, İspaniyada 200 avro cərimələnə bilərlərsiniz.Yeri qəlmişkən,bizim qanunvericiliyimizdə buna görə heç bir cərimə nəzərdə tutulmayıb.
Tədqiqatlara əsasən ayaqda azad oturan ayaqqabı tormozlamanın ümumi vaxtını orta hesabla 0,13 saniyədə artıracaq. Bu kifayətdir ki, satda 95 kilometr ilə hərəkət edən avtomobilin tormoz yolu 3,5 metr artsın. Bundan başqa, çəkələklərdə ayağın qaz pedalından əyləcə yer dəyişməsi diqər ayaqqabı ilə müqaisədə daha çox vaxt apararaq təxminən 0,04 saniyə lənqiyir.
Biz isə sizə hündür olmayan,arxası bağlanan və qalınlığı 10 millimetrdən artıq olmayan ayaqqabı seçməyi məsləhət görürük.