Avtoreyd.az bildirir ki, Meksikanın San Pedro şəhərciyinin meri Uamelula Viktor Aqilar timsahla evlənib. Toyda bütün şəhər əhli iştirak edib.
“Gəlin” üçün ziyafət donu və duvaq da tikilib. Və hər ehtimala qarşı təhlükəsizlik baxımından çənəsini çəhrayı lentlə bağlayıblar.
Həyəcanlanmış dünya ictimaiyyətini meksikalılar sakitləşdirirərək bildiriblər ki, bu toy rəmzi məna daşıyır və hər il baş tutur. Hesab olunur ki, bu, icmaya yaxşı balıq ovu etməyə kömək edəcək.
Toy üçün həmişə müxtəliflər timsahlar “dəvət edilir”, amma şənlikdən sonra hər bir “yekədiş gəlini” azadlığa buraxırlar.