Avtoreyd.az bildirir ki, hadisə Amerikanın Vaşinqton ştatında baş verib.
Viskonsin-O-Kler Universitetinin ikinci kurs tələbəsi 19 yaşlı Aleks Uinn, dostları ilə sahildə dincələrkən köpək balığı sürüsü görüb.
Limandan suya atılan Aleks Uinn bir neçə saniyə sonra əlində çırpınan balıqla çıxıb. 19 yaşlı tələbə iddia edir ki, heç vaxt belə yaxından köpək balığı görməyib və düşünüb ki, onun bundan başqa şansı olmayacaq.
Dostlarına ovunu nümayiş edən Aleks daha sonra balığı buraxıb. Onun sözlərinə görə, köpək balığına heç bir xəsarət yetirilməyib.