Avtoreyd.Az Gündəm Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat ayrılıb

Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat ayrılıb


Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, sənədə əsasən, on dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Göylər-Quşçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon (üç milyon doqquz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AvtoReyd.Az

Related Post

Kondisioneri yay rejiminə keçirərkən bu nüanslara diqqət edin – ziyana düşə bilərsiz – VİDEOKondisioneri yay rejiminə keçirərkən bu nüanslara diqqət edin – ziyana düşə bilərsiz – VİDEO

Ustalar kondisioneri qış rejimindən yaya keçirərkən bəzi məqamlara diqqət etməyi tövsiyə edirlər. AvtoReyd.Az-in xezerxeber.az-ə istinadən verdiyi məlumata görə,25 ildən çoxdur ki, bu məişət avadanlıqlarının təmiri ilə məşğul olan Elmar Ağabalyev

“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək – VİDEO“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək – VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.