Avtoreyd.az bildirir ki, yapon istehsalçıları sözün əsl mənasında “əhval-ruhiyyəyə uyğun” kokteyl üçün inqridientləri bir birinə qarışdıran cihaz düşünüblər.
Yapon şirkəti Nomura əhval-ruhiyyəyə uyğun mahnının analizi əsasında içki hazırlayan qacet ixtira edib.
Melodiyanın tipindən asılı olaraq stəkan müxtəlif şirə növləriylə doldurulur.
Proqram musiqi dalğalarını təhlil edir və onları beş əhval-ruhiyyəyə bölür: şən, həyəcanlandırıcı, romantik, həssas və kədərli. Hər əhval-ruhiyyənin də müvafiq olaraq uyğun dadı var: şirin, turş, ağız qamaşdırıcı, duzlu və acı.
Qaceti həmçinin barda da yerləşdirmək və ona alkoqollu içkilər əlavə etmək olar.