Avtoreyd.az bildirir ki, Floridada ailəsi ilə birlikdə çimərlikdə dincələn danimarkalı özünü balıqçı kimi sınamağa qərar verib.
Onun sözlərinə görə, nəhəng balıq faktiki olaraq o, tilovu suya atdıqdan dərhal sonra reaksiya verib.
“Biz məhz çəkic balığı tutmağa hazırlaşmırdıq, amma tilovu atarkən heç vaxt bilmirsən ki, qarmağa nə düşəcək”, – danimarkalı belə deyib.
Bildirilir ki, çəkic balığı Panama-Siti-Biç şəhərinin sahilində tutulub. Bütün proses havadan dron vasitəsi ilə çəkilib.
Balıqçının qeyri-adi ovunu dincələnlərin əksəriyyəti izləyib. Daha sonra isə danimarkalı balığı yenidən geriyə, okeana buraxıb.