Avtoreyd.az bildirir ki, meksikalı arxeoloqlar Mexikoda qazıntılar zamanı bir neçə yüz insan kəlləsindən tikilən qala aşkar ediblər. Kəllələr arasında qadın və uşaqlara aid olanları da var.
Tapıntı qədim Templo Mayor məbədinin ərazisində yerləşən silindr formalı tikilidə tapılıb. Templo Mayor məbədi qədimdə Mexikonun ərazisində yerləşən asteklərin paytaxtı Tenoçtitlanın əsas dini tikintilərindən biri olub.
Mövcudluğu haqqında hələ ilk ispan müstəmləkəçilərinin qeydlərində xatırlanan qala, sompantli adlandırılan— kəllələrdən ucaldılan divar və ya çəpərdən ibarət olub. Asteklər bu cür qalanı düşmənlərinin qorxudulması üçün tikirdilər. Ancaq əvvəllər hesab edilirdi ki, sompantli üçün yalnız əsir alınan döyüşçülərin kəllələrindən istifadə olunurdu.
Qadın və uşaq kəllələrindən tikilən qalada güman edilir ki, bu mərasimin hələ elmə məlum olmayan başqa aspektlər var.
Hələ ki arxeoloqlar məbəddə 676 kəllə tapıblar. Bu say ehtimal ki, artacaq, çünki alimlər hələ məbədin bünövrəsinin qazıntısına başlamayıblar.
Kortesin tərəfdarlarından birinin Andres de la Tapiyanın qeydlərində deyilir ki, onların gördüyü sompantli on minlərlə kəllədən ibarət olub, hündürlüyü isə 60 metrə çatırdı.
http://www.youtube.com/watch?v=A0fGx57nDx0