Radar hər bir sürücünün qorxulu röyasıdır. Təkcə Bakı şəhərində yüzlərlə bu qurğudan var. Onların əsas təyinatı sürücüləri sürət həddini aşma, dayanma-durma qaydalarının pozma, əks yola çıxma və sair kimi qanun pozuntularından saxlamaqdır. Avtomobil sürənlər bu kameraları görəndə istər-istəməz özlərini yığışdırır, maşınlarını nizamlı sürməyə çalışırlar. Bu da əlbəttə ki, yol qəza hadisələrinin qarşısını alır.
Lakin bəzən radarlar gizli yerlərdə qoyulur. Polislər bunu sürücülərin hər zaman diqqətli olmağa vadar etməklə izah edirlər. Sürücülər isə əksinə, bunu polislər tərəfindən qoyulmuş tələ kimi qiymətləndirirlər.
AvtoReyd.Az FaktXeber.com-a istinadən sizə Rusiyada gizlli yerlərdə qoyulan radarları təqdim edəcəyik. Bu kameraların nizamlı olmağa çağırış, yaxud tələ kimi qoyulduğunu müəyyənləşdirməyi isə sizlərin öhdəsinə qoyuruq:
http://www.youtube.com/watch?v=He5Jjk9_dpQ
http://www.youtube.com/watch?v=-fwClusn_pM