Avtoreyd.Az Maraqlı Sağlam qidalanma haqqında bloqun müəllifi canlı yayım zamanı zəhərlənib (Video)

Sağlam qidalanma haqqında bloqun müəllifi canlı yayım zamanı zəhərlənib (Video)

| | 0 Comments | 01:31

Avtoreyd.az bildirir ki, 26 yaşlı Zhang adlı bloger canlı yayımda aloyeyə oxşar tünd-yaşıl rəngli yarpağın bir hissəsini dişləyib. Lakin sonra məlum olub ki, bloger bitkiləri səhv salıb.

Belə ki, 26 yaşlı qız, aloyenin yerinə, zahirən ona oxşar zəhərli Amerika aqavasını dişləyib.

İlk dişləm aldıqdan sonra Zhang deyib: “Bu əladır”. Ancaq artıq ikinci dişləmdən sonra anlayıb ki, nəsə düz getmir və bitki çox acıdır.

Həmçinin o da bildirilir ki, zəhərli amerika aqavasına görə blogerin ağzı yanıb. Aqavanın şirəsini  orqanizmdən xaric etmək və qızın həyatını xilas etmək üçün xəstəxanada 26 yaşlı Zhang-ın mədəsi yuyulub.

Hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur.

Related Post