Avtoreyd.Az Avtoxəbər Volkswagen növbəti Golf prototipini buraxdı(Foto)

Volkswagen növbəti Golf prototipini buraxdı(Foto)


AvtoReyd.Az xəbər verir ki,konsept akkumulyator blokundan istifadələri nəzərə alınaraq təhlükəsizliyin maksimal səviyyəsinə nail olmaq məqsədi ilə hazırlanmışdı.

Volkswagen-də model sırasının elektrikləşdirilməsində ciddi planlar var. Avtoistehsalçı hibridlərin və elektrik avtomobillərin seqmentində özünü lider kimi  nümayiş etdirmək istəyir. Bu strategiya çərçivəsində o başqa şirkətlərlə sərbəst və birgə “yaşıl” layihənin üzərində iş aparır.

Belə layihələrdən birinə Gen.E-in tədqiqat prototipi oldu. Bu nəqliyyat vasitəsi istehsalçının gələcək elektrik dünyasını qismən açmalıdır, həmçinin növbəti təkminləşmiş Golf nümunəsi rolunda çıxış edir.

Gen.E-in əsas məqsədi çox gediş ehtiyatı ilə avtomobillərin növbəti nəsili haqqında təsəvvür yaradmaq ,hansı ki, ən azı 400 kilometr təşkil edəcək. Yeri gəlmişkən, kapotda yükləmənin portu iki konnektorla təqdim edilib, biri ev şəraitində yükləməsi üçün,diqər ultracəld port isə, ictimai stansiyalarda yükləmə üçün nəzərdə tutulmuşdur. Volkswagen həmçinin mobil yükləmə robotlarının hazırlığında iştirakı haqqında bildirib.Həmin bu yükləmə qurğularına avtomobillərin qoşulması  yeraltı qarajlarda tətbiq ediləcək.

Gen.E konseptinə gəlincə, onun xarici görünüşündə bir qədər dizayner qərarları  C-vari işıq diodları daxil olmaqla aktual Golf E-dan götürülmüşdür. Bamperin aşağı hissələrinə bir neçə radar yerləşdirilib,ehtimal ki, muxtar funksiyaları təminatı üçün kamera ön şüşənin altında qurulub.Aerodinamikanın yaxşılaşması üçün qapıların gizli tutacaqları prototipin “qağayının qanadları” tipini alıb.

Volkswagen bildirir ki, Gen.E maksimal təhlükəsizliyin təminatı üçün batareya dəstinin və mühərrikin  optimal məhsuldarlığı üçün layihələşdirilmiş yüngül və yığcam arxitekturada hazırlanıb. Heç bir texniki təfərrüat hələ açıqlanmır.

AvtoReyd.Az

Related Post