Avtoreyd.Az Avtoxəbər Zəmanətlə aldığı maşın çürüyür – Avtosalon isə pulları qaytarmır – VİDEO

Zəmanətlə aldığı maşın çürüyür – Avtosalon isə pulları qaytarmır – VİDEO


Külli miqdarda pul verib təzə avtomobil aldı. Üstündən 1 il keçməmiş cəmi 14 min km yol qət edən maşın çürüməyə başlayıb.

Sürücü iddia edir ki, avtomobilin mühərrik hissəsi, qapıların içi və yük yerində demək olar ki, çürümə halları gündən-günə çoxalır.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Binəqədi sakini Davud Hüseynovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, 2013-cü ildə Babək prospektindəki avtosalonlardan birindən zəmanətlə Çin istehsalı olan “CİP” markalı avtomobil alıb.

Zərərçəkmiş deyir ki, avtomobilə 3 il və 100 min kilometr zəmanət verilib. Halbuki, sürücü avtomobillə bir il ərzində cəmi 14 min kilometr məsafə qət edib. Bununla əlaqədar olaraq sürücü avtosalona dəfələrlə müraciət etdikdən sonra onu Babək prospektində yerləşən digər bir servisə yönləndiriblər. Servisdə sürücüyə bildiriblər ki, ilk dəfədir belə bir vəziyyətlə qarşılaşırlar. Həmin avtosalon sürücüyə kömək məqsədi ilə avtomobilin bir neçə detalını servisdə dəyişdirib. Amma buna baxmayaraq digər hissələrdə də çürümə prosesi davam edir.

Bəs belə olduqda vətəndaşa dəymiş ziyanı kim ödəməlidir?

Hüquqşünas Xəyal Bəşirov deyir ki, əgər tərəflər arasında alqı-satqı müqaviləsi varsa, həmin şəxs ona dəymiş 18 min 500 manat ziyanı məhkəməyə müraciət etməklə əldə edə bilər.

Zərərçəkmiş Davud Hüseynov deyir ki, yaxın günlərdə məsələ ilə bağlı Xətai rayon məhkəməsinə müraciət edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Post

Bu avtomobillər BAHALAŞACAQBu avtomobillər BAHALAŞACAQ

Azərbaycana xaricdən gətirilən avtomobillər üçün aksiz vergisi artırılır.  AvtoReyd.Az FED.az-a istinadən xəbər verir ki, aksizlərin artırılması 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulur. Aksiz dərəcələrində

Alt hissəsi yer səthinə qədər endirilmiş 11 ən məşhur yolsuzluq avtomobili və krossoverAlt hissəsi yer səthinə qədər endirilmiş 11 ən məşhur yolsuzluq avtomobili və krossover

Avtomobillərə edilən ən geniş  yayılmış əlavələrdən  biri də hazırda onların alt hissəsinin endirilməsidir. Müasir tüninq mədəniyyətində  müxtəlif nəqliyyat vasitələrinin, hətta yolsuzluq avtomobillərinin belə alt hissəsinin endirilməsi tendensiyası müşahidə olunur. Hərçənd