Avtoreyd.Az Maraqlı Avtobusda yer üstündə dava: sərnişinlər bir-birinə yer verməlidirmi? – VİDEO

Avtobusda yer üstündə dava: sərnişinlər bir-birinə yer verməlidirmi? – VİDEO


Əvvəllər kişilər ictimai nəqliyyatda qadınalara yer verməyəndə qınanırdılar. İndi qadınlar da bir -birinə yer verməyəndə aləm dəyir bir-birinə.

Bakıda sərnişin avtobusunda qadın özündən yaşlı başqa bir qadına yer vermədiyi üçün sərnişinlər tərəfindən qınanıb. O isə kiməsə yer verməyə məcbur olmadığını bildirir.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, ictimai nəqliyyatda yer üstündə belə mübahisələr tez tez düşür. Amma indiyə kimi heç kim tam qərar verə bilmir ki, kimsə kiməsə hansı şəraitdə yer verməlidir. Ümumiyyətlə, insanlar bir-birinə yer verməlidirmi?

Adətən belə mövzularda daha çox qınanan gənclər isə əksini söyləyir. Deyirlər ki, lazım olan yerdə, lazım olanda adama yer verirlər.

Bakı Nəqliyyat Agentliyindən bildirilər ki, ictimai nəqliyyatda kiminsə kiməsə yer verməsi hansısa qaydalarla tənzimlənmir. İctimai münasibətləri məhz cəmiyyətin dəyərləri müəyyənləşdirir.

Agentlik uşaqlar və böyüklər üçün ictimai nəqliyyatda davranış qaydaları haqda kitabça da hazırlayıb. Burda qeyd olunur ki, yaşlılara, əlillərə və uşaqlı qadınlara yer vermək etik davranışdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

AvtoReyd.Az

Related Post

İdman ulduzları sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə lüt şəkil çəkdiriblər (Video)İdman ulduzları sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə lüt şəkil çəkdiriblər (Video)

Avtoreyd.az bildirir ki, Amerikanın kabel idman televiziya kanalının (ESPN)  hər il  təşkil etdiyi “The Body Issue” fotosessiyasında 23 idmançı iştirak edib. Amerika jurnalının üz qabığında məşhur idmançıların çılpaq və ya yarıçılpaq