Avtoreyd.az bildirir ki, Amerikada, Kolorado ştatında ayı şəhər sakininin evinə soxularaq, beş saatdan çox mətbəxdə ağalıq edib. Maraqlısı odur ki, bu zaman ev sahibi sakitcə yatırmış və heç nə eşitməyib.
Evdə quraşdırılan müşahidə kamerasının lentə aldığı kadrlardan da yemək axtarışında olan 150 kiloluq yırtıcının mətbəxi necə alt-üst etdiyi və soyuducuda qurdalandığı aydın görünür.
Çağırılmamış qonağı ev sahibi yalnız səhər oyandıqda görüb. O vaxta qədər isə mətbəx demək olar ki, yerlə yeksan olub. Hadisə yerinə gələn mütəxəssislər ayını yatırdıblar. Çünki, həmin vaxt o, insanlar üçün təhlükəli olub.