Avtoreyd.az bildirir ki, Çənə ləqəbli amerikalı Coui Çestnat Nathan’s Annual Famous International Hot Dog Eating Contest çempionatında hot-doq yemək üzrə yeni rekorda imza atıb. Coui Çestnat 10 dəqiqə ərzində 72 hot-doq yeyib.
Bu qələbə 33 yaşlı amerikalı üçün sayca artıq onuncudur. Ötən il Çestnat bu yarışmada 70 hot-doq yeyərək qalib olmuşdu.
Qadınlar arasında isə ardıcıl olaraq sayca dördüncü dəfə 20 yaşlı Miki Sudo qalib olub. O, 41 hot-doq yeyib. Ötən il isə amerikalı xanım 39 hot-doq yeyə bilmişdi.
Mükafat olaraq qaliblərə 10 min dollar təqdim olunub.