Avtoreyd.Az Gündəm Azərbaycanda 8-9 yerlik avtomobillərin kirayə qiyməti bahalaşib – VİDEO

Azərbaycanda 8-9 yerlik avtomobillərin kirayə qiyməti bahalaşib – VİDEO


Azərbaycanda 8-9 yerlik avtomobillərin kirayə qiyməti bahalaşib.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, bu işlə məşğul olanlar bahalaşmanı bölgələrə gedən turistlərin çoxluğu ilə əlaqələndirirlər. Hətta bir günü 500 manata icarəyə verilən avtomobillər də var. Həmçinin maşınların icarə qiyməti istehsal ili, rahatlığı və görünüşünə görə dəyişir.

Uzun illərdir bu işlər məşğul olanlar bu aylarda ən ucuz avtomobillərin qiymətinin günlük 100 manatdan başladığını deyirlər.

Avtomobilləri icarəyə verən şirkətlər, belə avtomobilləri yalnız sürücü ilə birlikdə müştəriyə təqdim edirlər. Sürücüyə görə isə əlavə pul tələb edilmir. Günlük icarə qiymətləri avtomobilin istehsal ili, salonun interyeri və içindəki funksiyalarından asılı olaraq artır. Hətta bir günlük icarəsi 500 manata olan avtomobillər də var.

Belə avtomobillərin qiyməti qış aylarına doğru isə 50-80 manat arasında aşağı düşür.

AvtoReyd.Az 

Related Post

2 uşaq anasını “Porsche” ilə vurub öldürən biznesmen oğlunun 12 yaşındakı sərgüzəştləri2 uşaq anasını “Porsche” ilə vurub öldürən biznesmen oğlunun 12 yaşındakı sərgüzəştləri

Məmur və biznesmen övladları dəfələrlə etdikləri özbaşınalıqlara görə mətbuatın gündəmini bəzəməyi bacarıblar. Çoxları onların valideyn tərəfindən doğru tərbiyə almadıqlarını deyir. Bu səbəbdən onlar bəzən avtoxuliqan, bəzən qatil, bəzən də… Yəqin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.