Avtoreyd.az bildirir ki, Britaniyadan olan dizayner süni “altıncı barmağı” təqdim edib. London Kral incəsənət kollecinin məzunu olan Dani Klod, insan əlinin imkanlarını genişləndirəcək “üçüncü böyük” barmaq yaradıb.
“Altıncı barmaq” onu hərəkətə gətirən iki motorlu rezin qolbağın köməyi ilə taxılır. Barmağın sahibi onu, özüldə yerləşdirilən sensorlar sayəsində idarə edir. İnformasiyanın ötürülməsi Bluetooth modulu vasitəsi ilə baş verir.
Dizayner qeyd edir ki, süni barmağı idarə etmək, avtomobil sürmək və ya fortepiano çalmaqdan elə də çətin deyil.
Cihaz nəinki barmağı olmayan insanlara, həm də öz imkanlarını genişləndirmək arzusunda olan şəxslərə də kömək edə bilər.