Avtoreyd.Az Çəkdiklərimiz Sürücülər yükdaşıma qaydalarını kobud şəkildə pozur – Görüntülər paytaxtın mərkəzi yollarındandır(Video)

Sürücülər yükdaşıma qaydalarını kobud şəkildə pozur – Görüntülər paytaxtın mərkəzi yollarındandır(Video)


Xüsusən də rayon yollarında bir çox sürücü yükdaşıma qaydalarını kobud şəkildə pozur. Amma bu dəfə paytaxtın mərkəzi küçəsində qeydə aldığımız görüntüləri təqdim edirik.Görüntülər Bakıda Yusif Səfərov küçəsinin Heydər Əliyev və Babək prospektləri istiqamətində çəkilib.Yükün avtomobildən kənara çıxması, yerlə sürünməsi və ətrafdakıları narahat etməsi yükdaşıma qaydasının pozulması deməkdir.Belə halda YPX-əməkdaşı bu kimi nəqliyyat vasitələrini saxlayıb cərimə etməklə kifayətlənməməlidir.Belə ki,yükü qaydasına salmiyana qədər onun hərəkətinə icazə verilməməlidir.Cəriməyə gəldikdə isə,yükdaşıma qaydasını pozduğuna görə sürücüyə 40 manat cərimədən əlavə, həm də belə vəziyyətdə yolu zibilləyərsə əlavə olaraq 30-50 manat arasında da cərimə tətbiq oluna bilər.Birini anladıq şəhər daxilində yük daşıyır,bəs diqəri necə? Görəsən rayondan paytaxta gələnə kimi neçə post və nəzarətdən kənar keçib? Hər halda,yükdaşıma qaydalarının pozulması həm hərəkət iştirakçıları üçün təhlükə yaradır, həm də yol təsərrüfatına ziyan vurur.

AvtoReyd.Az

Related Post

Sürücülərin nəzərinə: Bu yolda yeni radar quraşdırılıb (Video)Sürücülərin nəzərinə: Bu yolda yeni radar quraşdırılıb (Video)

Bakı yollarında radarların sayı artırılır. AvtoReyd.Az–ın məlumatına görə,Samaxinka adlanan ərazidən  Biləcəri istiqamətinə Rəşid İsmayılov küçəsindən Daqliq 4  küçəsinə 100 metr məsafəsində keçmiş Hərbi komisarlığa yaxın olan yerdə yeni  radar quraşdırılıb.Radara düşmək istəməyən sürücülər müəyyən edilmiş sürət həddinə əməl