Hadisə

Ağsuda minik avtomobili qəzaya uğrayıb, sürücü xəsarət alıb

Ağsu rayonunda bir nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu şəhərində qeydə alınıb.

Rayon sakini, 1959-cu il təvəllüdlü İsmayılov Əli Şahlar oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarında dayanmış digər maşına çırpılıb. Hadisə zamanı sürücü Ə. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xoşbəxtlikdən digər avtomobildə heç kim olmayıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.