Avtoreyd.Az Gündəm Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!


Diqqət!

Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.

AvtoReyd.Az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.

“Azəravtoyol” ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Related Post