Avtoreyd.Az Hadisə Bakıda piyada səkisi aptek tərəfindən zəbt olunub – VİDEO

Bakıda piyada səkisi aptek tərəfindən zəbt olunub – VİDEO


Bakıda piyada səkisi aptek tərəfindən zəbt olunub. Xətai prospektində səki ilə hərəkət edən piyada aptekin qarşısına çatdıqda məcbur qalıb yolun hərəkət hissəsinə çıxmalı olur. Çünki aptekin sahibi piyada keçidini avtomobil dayanacağına çevirib. Hətta səkiyə zəncirlər də vurulub. Bəs piyada səkisinin özbaşına zəbt edilməsinə görə məsuliyyət nədən ibarətdir?

Xezerxeber.az-ın məlumatına görə, ərazi əvvəllər piyada səkisi idi, indi isə bir aptekin dayanacağına çevrilib. Daha doğrusu, aptek piyada səkisini özbaşına zəbt edib.

Paytaxtda Xətai prospektində piyada səkisi ilə hərəkət edənlər aptekin qarşısına çatanda məcbur qalıb avtomobillərin yoluna çıxırlar. Bu isə piyadaları təhlükə ilə üz-üzə qoyur.

Aptekdən münasibət öyrənmək üçün ora daxil olsaq da, sahibinin burda olmadığı bildirildi. Telefon danışığında isə sahibi səkini zəbt etmədiyini, ərazinin onlara aid olduğunu, hətta orda dekorativ ağaclar əkdiklərini bildirdi.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseyinov isə bildirir ki, əkilən hansısa ağac piyada səkisinin statusunu əlindən almır. Yəni sözügedən ərazi rəsmən piyada dayanacağıdır.

Ekspert bildirir ki, hansısa ərazidə piyada səkisinin ləğv olunması yalnız Yol Hərəkətinin təhlükəsizliyi Komissiyasının razılığı ilə aparıla bilər. Kimsə bunu özbaşına görürsə, bunun məsuliyyəti var.

Həmçinin bu ərazidə dayanan avtomobillərın sürücülərini də dayanma-durma qaydasını pozduqları üçün 20 manat məbləğındə cərimə gözləyir.

AvtoReyd.Az

Related Post

Bakıda sürücü qaydaları pozdu, əsəbiləşdi: “Mən dəliyəm, sizə nə olub?” (VİDEO)Bakıda sürücü qaydaları pozdu, əsəbiləşdi: “Mən dəliyəm, sizə nə olub?” (VİDEO)

Bakının Abbas Mirzə Şərifzadə küçəsində işıqforda dayanan sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. AvtoReyd.Az BAKU.WS-ə istinadən məlumat verir ki, Opel markalı avtomobilin sürücüsü işıqforda yaşıl işığın yanmasına baxmayaraq dayandığı yerdən