Avtoreyd.Az Gündəm “Bura çox təhlükəlidir” – Ölüm saçan keçidlər – VİDEO – FOTO

“Bura çox təhlükəlidir” – Ölüm saçan keçidlər – VİDEO – FOTO


Dəmiryolu keçidlərində şlaqbaumun olmaması real təhlükə mənbəyidir. Buna nəzarət edən yoxdur.

AvtoReyd.Az ARB 24-ə istinadən xəbər verir ki, qeyri-rəsmi statistikaya görə, ölkədə 360 dəmir yolu keçidi var. 80-ni Bakı-Böyük Kəsik istiqmətində yerləşir. Onlardan 27-i qorunan, 57-i isə qorunmayandır. Bəzi yerlərdə qorunmayan keçidlər nəzarət məntəqələri ilə yenilənsə də, bunun formal xarakter daşıdığını açıq-aşkar görmək mümkündür.

Cavid Məmmədli (sürücü): “Təhlükəlidir. Şlaqbaum olmalıdır. Adam bəzən fikrli ola bilər, keçər. Şlaqbaum olsa, diqqət edər”.

Tovuzun Qovlar şəhərində də analoji vəziyət höküm sürür. Burada 14 min əhalinin gediş-gəlişini təşkil edən keçidlərdəki problemlərdən sakinlər narahatdır. Onlar tezliklə bu məsələnin həll olunmasını istəyirlər. Atakişi İmaməliyev (sürücü): “Əlbəttə ki, buna münasibətim pisdir. Bura təhlükəli yerdir. Bilmərsən, qarşıya çıxarsan hadisə baş verə bilər”.

Mövcüd problemi nəzərə alaraq aidiyyatı üzrə əlaqə saxladıq. Qrumdan suallarımızı cavablandırmaq üçün nə az, nə çox düz 15 günə yaxın vaxt istədilər. Amma sürücülər və piyadalar ölüm keçidlərini hələ bir müddət də özləri tənzimləməli olacaqlar.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=dr6JqLcVjik

Related Post

BNA-da 7 MİLYONLUQ YEYİNTİ: Vüsal Kərimliyə 1 həftə vaxt verilib — KORRUPSİYA LABİRİNTİBNA-da 7 MİLYONLUQ YEYİNTİ: Vüsal Kərimliyə 1 həftə vaxt verilib — KORRUPSİYA LABİRİNTİ

Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan yoxlama nəticəsində qurumda 7 milyon manatlıq yeyinti aşkarlanıb. Yenicag.az-a daxil olan məlumata əsasən, fəaliyyəti dövründə barəsində narazılıq və şikayətlərin səngimədiyi BNA-nın sədri Vüsal Kərimliyə yoxa

“Yol hərəkəti haqqında” Qanununun icrası ilə əlaqədar bəzi qərarlarda dəyişikliklər edib“Yol hərəkəti haqqında” Qanununun icrası ilə əlaqədar bəzi qərarlarda dəyişikliklər edib

Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanununun icrası ilə əlaqədar bəzi qərarlarda dəyişikliklər edib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, bu barədə qərarı