Avtoreyd.Az Hadisə Çexiyalı qızlara sükan arxasında canlı yayım həyatı bahasına başa gəldi (Video)

Çexiyalı qızlara sükan arxasında canlı yayım həyatı bahasına başa gəldi (Video)

| | 0 Comments | 19:43

Avtoreyd.az bildirir ki, Facebookda canlı yayım zamanı daha bir qorxunc qəza baş verib.

Video, avtomobilin sürət həddini artırması zaman qızların gülüşü ilə başlayır. Onlardan biri deyir ki, qadağalara qarşı laqeyddir, rəfiqəsi  isə əlavə edir ki, yavaş-yavaş avtomobil idarə etmək çox darıxdırıcıdır. Artıq bir neçə dəqiqə sonra sürətli avtomobillə bərabər qızlar hasara çırpılır.

Avtomobil aşsa da, canlı yayım  hadisə yerinə gələn xilasedicinin onu dayandırmasına qədər davam edib.

Başından ciddi zədə alan xanım sürücü hazırda xəstəxanadadır. Onun canlı yayım edən rəfiqəsi isə həlak olub.

Qeyd edək ki, rəfiqəsi sükan arxasında sürət həddini artırdığı zaman, digər qız canlı yayım edib. Bu vaxt bir anlıq maşının sürəti saatda 120 km-ə çatıb. Nəticədə, avtomobil baryerə çırpılıb.

http://www.youtube.com/watch?v=TrPSXz9Sb1I

Related Post