Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
AvtoReyd.Az “Report”-a istinadən verdiyi məlumata, gecə saatlarında Göygöl şəhər ərazisində 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Mahir Ənvər oğlu Qasımovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil 1953-cü il təvəllüdlü Şəmkir rayon sakini Vəkil İbrahim oğlu Vəliyevin idarə etdiyi “Mercedes-Benz”lə avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü və sərnişinlər – 1984-cü il təvəllüdlü Aynurə Hətəm qızı İsmayılova və onun qızı 2012-ci il təvəllüdlü İsmayılova Gülmira, həmçinin qohumu, 1995-ci il təvəllüdlü Əfsanə Niyaz Qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
AvtoReyd.Az