Avtoreyd.az bildirir ki, Amerikanın məşhur idman kanalı ESPN-nin (Entertainment and Sports Programming Network) xanım əməkdaşı Aleksis Nunis “qırmızı şeytanların” yeni oyunçusu Romelu Lukakudan müsahibə götürən zaman, yaxınlıqda olan Pol Poqba üçlükdə oyun oynamağı təklif edib. Bundan sonra isə Poqba uduzan qadın jurnalisti hovuza itələyib.
Hovuza düşməzdən əvvəl jurnalist Aleksis Nunis, Los-Ancelesdə bu günlərdə havanın çox isti olduğunu deməyə imkan tapıb.
Xatırladaq ki, “Manchester United F.C.” Romelu Lukakunu 100 milyon dollara transfer etməklə bağlı razılığa gəlib.