Avtoreyd.az bildirir ki, Çin istehsalı olan IPhone 8 yalnız zahirən orijinala çox oxşardır. Bunu,YouTube-də EverythingApplePro adlı öz kanalı olan bloger aydınlaşdırıb.
O, bloqunda 100 dollarlıq Çin istehsalı olan iPhone 8-i sınaqdan keçirən videoçarx dərc edib. Qacet, iOS interfeysi tamamilə kopiyalanmış launçer əsasında Android 6 platformasında çalışır.
Bloger, Çin istehsalı olan apparatı iPhone 8 maketiylə müqayisə edib. O, həmçinin smartfonu söküb və nəticədə məlub olub ki, cihazın cəmi bir kamerası var, ikincisinin yerinə isə qapaq qoyulub.
Yeni iPhone payızda Apple-ın illik təqdimatında nümayiş ediləcək. Şayiələrə görə, smartfon 5,8-düymlük OLED-ekran və 521 ppi-dən artıq piksellərə malik olacaq. Həmçinin naqilsiz enerji yükləməsi də olacaq.