Sərnişin və sürət qatarlarında biletin qiymətləri artırılır. Sözügedən qatarlarda baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.
AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki,dəyişiklik 15 iyul tarixindən tətbiq ediləcək. Amma buna baxmayaraq, bu gündən ayın 15–i və ya daha sonrakı tarixlərə bilet alanlar yeni qiymətlərlə ödəniş edirlər.
Qiymət artımı təxminən 20% ətrafındadır. Artım biletin öz qiymətinə deyil, tarif bazasına təsir edəcək. Məsələn, əgər kupe və ya plaskart qatara aşağı yerə bileti 3 manata alırdınızsa, indi bu məbləğ 20 % baha başa gələcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bu addımı ölkədaxili qatarlara şamil ediləcək. Bakı-Tbilisi qatarlarında isə Böyük Kəsik keçid məntəqəsinə qədər kupe və plaskart tipli vaqonlara bilet alanlar da bu fərqi hiss edəcəklər.