Avtoreyd.Az Hadisə Yanan avtomobildən insanları xilas etmək üçün sürücülər şüşələri ayaqla sındırıblar (Video)

Yanan avtomobildən insanları xilas etmək üçün sürücülər şüşələri ayaqla sındırıblar (Video)

| | 0 Comments | 17:17

Avtoreyd.az bildirir ki, İnquşetiyada Sunjen rayonunda yolda sürücülər insanları xilas etmək üçün yanan avtomobilin pəncərələrini ayaqlarıyla sındırıblar. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, beş nəfər isə zərər çəkib.

Qəza “Qafqaz” federal yolunda Qarabulaq şəhəri yaxınlığında “VAZ-2105” və Volkswagen mikroavtobusunun toqquşması nəticəsində baş verib.

Rusiya istehsalı olan avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Mikroavtobusda olan vətəndaşlar müxtəlif ağırlıq dərəcəli travmalar alıblar. Zərər çəkənlər arasında xarici avtomobil sürücüsü, “jiquli”nin xanım sərnişini və üç uşaq var.

Hadisənin baş vermə səbəbləri təcili xidmət əməkdaşları tərəfindən araşdırılır.

http://www.youtube.com/watch?v=JG-uymaMEjU

Related Post

Dağıstanda tətil edən sürücülər avtomobillərə hücum edib, zərərçəkənlər arasında azərbaycanlı sürücülər də varDağıstanda tətil edən sürücülər avtomobillərə hücum edib, zərərçəkənlər arasında azərbaycanlı sürücülər də var

Azərbaycandan Rusiyaya yük daşıyan 30-dan çox maşına Dağıstanda hücum olub.   Yük maşınlarından birinin sürücüsü Məhəmməd Həsənov APA-ya bildirib ki, Azərbaycan-Rusiya sərhədini keçdikdən sonra Dağıstanın Qayakənd, Manas, Mahaçqala, Babayurt, Gizlər