Avtoreyd.az bildirir ki, artıq onuncu dəfədir ki, Yaponiyada təşkil olunan akvarium sərgisi, bu dəfə layihənin reallaşdığı müddət ərzində az qala ən böyüyüdür.
Xidetomo Kimura bir il ərzində bu sərgiyə hazırlaşıb. O, akvariumların dizaynı üzərində işləyib, mövzu seçib və ixtioloqlarla məsləhətləşib.
İlk akva-sərgisi Yaponiyada hələ 2007-ci ildə təşkil olunub. Yalnız bir dəfə sərgi ölkə xaricində keçirilib. Çünki ekspozisiyalarda nadir balıqlar nümayiş edilib. Bu il də sərgini 8000 dəniz canlısı bəzəyib.
Hər bir akvarium təkrarolunmaz dizayna, xüsusi işıqlandırmaya, musiqiyə və hətta, qoxuya malikdir. Sərginin təşkil edilməsində axı rəssamların bir məqsədi olub- insanın 5 hissiyatının hamısını təravətləndirmək.
Hər il milyonlarla insan qeyri-adi ekspozisiyaya baş çəkir. Canlı balıqlara gündüz olduğu kimi, gecə də baxmaq olar. Lakin bunun üçün təxminən 9 dollar ödəmək lazımdır.