Sosial şəbəkədə video yayılıb və iddia olunur ki, ərazidə və yaxınlıqda tualet olmadığından BakuBus-ın 6 nömrəli avtobusunun sürücüləri zəruri ehtiyaclarını sıx ağaclıqda ödəyirlər.
AvtoReyd.Az BAKU.WS-ə istinadən verir ki, videoda iddia olunur ki, sürücülərin bu addımından sonra ağaclar quruyub. Həmçinin videoda şikayət edən şəxs qeyd edib ki, həmin ərazinin yaxınlığında yaşayır.
Məsələ ilə bağlı Bakubus MMC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev bildirib ki, bu absurd məsələdir. O, BakuBus-ın sürücülərinin zəruri ehtiyaclarını ödəməsi üçün xüsusi yer olduğunu qeyd edib.
“Ümumiyyətlə sürücülərin iş vaxtı avtobusu tərk etməyə icazə yoxdu. Həm də videoda göründüyü kimi, BakuBus-ın sürücüsü həmin ərazini tualet kimi istifadə etmir. Oradan digər marşrutların xətləri də keçir. Ola bilsin digər sürücülər və yaxud başqa şəxslər orada zəruri ehtiyaclarını ödəyiblər”.