Bakıda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən müvəqqəti dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən daxil olan məlumata görə, hazırda Binəqədi-Novxanı avtomobil yolunda təmir-tikinti işləri aparılır.
Bununla əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və buna görə də qeyd edilən marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilib. Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.