Avtoreyd.az bildirir ki, Londonda Ali məhkəmənin binası yaxınlığında BBC-nin jurnalisti Keyt Doyl canlı yayımda olduğu zaman bir kişi ikimərtəbəli avtobusun altına düşüb.
Kadrlardan da görünür ki, göy futbolkada olan piyada yolun hərəkət hissəsinə tərəf qaçır, amma büdrəyərək düz ictimai nəqliyyatın təkərləri altına yıxılır. Zərər çəkən şəxs kiminsə təqibindən yaxa qurtarmağa çalışırmış. Amma onun hansı səbəbdən qaçdığı məlum deyil.
Polisin məlumatına görə, adının açıqlanmadığı şəxsin aldığı xəsarətlərin elə də ağır olmamasından, o, xəstəxanaya yerləşdirilməyib.