Avtoreyd.az bildirir ki, Amerikanın Kaliforniya ştatınında yerləşən Folsom gölündə gəzintiyə çıxan turistlərin olduğu katerə zınqırovlu ilan hücum edib.
Əvvəlcə turistlər göldə üzən ilanın onların olduğu katerə yaxınlaşmasını böyük maraqla izləyiblər. Gəzinti iştirakçılarından biri onu hətta, videoya çəkib. Lakin zəhərli qonağın üzərək gəminin arxasına çatdığı an, maraq təlaşla əvəz olunub. Qorxmuş turistlər qışqırıqla katerin sürətini artıraraq, oradan uzaqlaşıblar. Bu zaman ilan suya sürüşüb.
Qeyd edək ki, Amerikada 106 növ zınqırovlu ilan var. Onlar əla üzə, qurbanını təqib edə və ya düşmənlərindən su hovzələrində xilas ola bilirlər. Zınqırovlu ilanın sancması təhlükəlidir və insan üçün ölümlə nəticələnə bilər.