Avtoreyd.az bildirir ki, görüntü amerikalı turist Coşua Ten-Brink tərəfindən lentə alınıb. Kosta-Rikada istirahət etdiyi son gün amerikalı turist Playya-Tambor çimərliyində gəzintiyə çıxıb. Elə bu vaxt sahilə yaxın sularda böyük şalbanı xatırladan nəsə görüb.
Bir neçə saniyə sonra Coşua Ten-Brink başa düşüb ki, qarşısında ağzında elektrik skat (sivri quyruqlu, yastı bədənli iri yırtıcı balıq) tutan timsahdır. Turist cəld kameranı işə salaraq timsahın öz qurbanını tamamilə yedikdən sonra okeana necə üzdüyünü sona qədər çəkib.