Avtoreyd.az bildirir ki, altı uşaq atası Qordon Torp ömrü boyu tabut və mafələrdən qorxub. 49 yaşına çatanda isə mədəaltı vəzi xərçəngiylə mübarizədən sonra dünyasını dəyişib.
Onun dul qadını Donna, ərinin hələ sağ ikən fobiyaları haqqında bildiyindən, Qordona ölümündən sonra əzab verməməyi qərara alaraq, onun tabutu üçün xüsusi beş nəfərlik araba sifariş verib. Məqsəd, Qordon Torpun yas məclisinin dəfn mərasiminə deyil, velosiped gəzintisinə oxşaması olub.
Bundan başqa xanım Donna, Qordonun dəfn edilmək üçün qəbiristanlığa aparıldığı müddət ərzində səmadan və ətraf gözəlliklərindən zövq ala bilməsi üçün, onun tabutunda şüşə pəncərə də düzəltdirib. Xanım Donna üç böyük qızı ilə birlikdə vidalaşma mərasiminə qatılmaq üçün velosipedlərdə 20 dəqiqə ərzində kilsəyə gəlib. Yeri gəlmişkən, bu hadisə Donna ilə Qordonun ailə həyatının onuncu ildönümünə təsadüf edib.