Gəncədə 18 yaşlı oğlanı qatar vurub
APA-nın verdiyi xəbərə görə, Gəncə şəhər sakini 18 yaşlı Kazım Babayev dəmiryol xəttini keçən zaman hərəkətdə olan elektrovoz onu vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.