Avtoreyd.Az Hadisə İtaliyada Vezuvi vulkanı yaxınlığında olan turistlər təxliyyə olunur (Video)

İtaliyada Vezuvi vulkanı yaxınlığında olan turistlər təxliyyə olunur (Video)

| | 0 Comments | 19:47

Avtoreyd.az bildirir ki, İtaliyada Vezuvi vulkanının yamaclarındakı meşə yanğınlarına görə artıq bir həftə ərzində yerli sakinlər və turistlər iki dəfə təxliyyə olunub.

Yanğından əmələ gələn tüstü iki kilometrdən artıq hündürlükdədir. Gözə çarpan alov milli park ərazisindəki yanğının nəticəsidir. Lakin çoxları yanğından əmələ gələn tüstünü vulkan püskürməsi zənn edib. Qeyd edək ki, Vezuvinin son püskürməsi 1944-cü ildə baş verib. O zaman üç kənd məhv olub.

İyulun 11-nə olan məlumata əsasən İtaliyada bütün ölkə boyunca yanğınsöndürənlər 541 əməliyyat həyata keçiriblər, həmçinin 335 meşə və fermer təsərrüfatında yanğının qarşısı alınıb.

 

Related Post