Avtoreyd.Az Hadisə Bakıda sürücünün yuxulaması ağır qəzaya səbəb olub – FOTO

Bakıda sürücünün yuxulaması ağır qəzaya səbəb olub – FOTO


Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanov Yasin Vaqif oğlunun idarə etdiyi “Foton Ollin” markalı özəl şirkətə məxsus kiçik tutumlu yük maşınının sürücüsü sükan arxasında yuxulayıb.

Nəticədə “Foton Ollin” eyni istiqamətdə hərəkətdə olan Şükürov Elmir Sahib oğlunun idarə etdiyi “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı Y.Süleymanov ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Aparıcı başına düşən palma ağacından aldığı xəsarətlər nəticəsində ölüb (Video)Aparıcı başına düşən palma ağacından aldığı xəsarətlər nəticəsində ölüb (Video)

Avtoreyd.az bildirir ki, Hindistanda, Mumbay şəhəri ətrafında yerləşən evlərdən birində quraşdırılan müşahidə kamerası 58 yaşlı məşhur televiziya aparıcısı və Doordarshan telekanalının direktoru Kançat Natın üzərinə palmanın necə düşdüyünü lentə alıb. Yoldan